Okt 19, 2017 18:07 Asia/Baku
  • General Mayor Hüseyn Səlami
    General Mayor Hüseyn Səlami

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanı əvəzi deyib: Donald Trampın anti-İran bəyanatı dünya səviyyəsində ABŞ-ın siyasi təcridinə səbəb oldu və bu bəyanat Vaşinqtona məğlubiyyətdən başqa heçnə vermədi.

İRİB-in verdiyi məlumata görə, General Mayor Hüseyn Səlami bu gün Təbriz şəhərində keçirilən Qum dini seminariyasının müəllimlər cəmiyyətinin 8-ci regional iclasında etdiyi çıxışında deyib: ABŞ prezidenti Donald Trampın son anti-İran bəyanatı İran İslam Respublikasının nüfuzunu göstərir ona görə ki, bu sözlər İranın gücə çevrildiyini göstərir. 

Sepahın baş komandanı əvəzi deyib: Son 40 ildə düşmənlər İran İslam Respublikasına təmərküzləşiblər və islamın genişlənməsi prossesini əksinə dəyişmək üçün bütün imkanlarını işə salıblar amma nəqədər çox cəhd göstərirlər bir o qədər az nəticə alırlar. 

General Səlami həmçinin yüz faizlik diqqətə malik olan ballestik raket istehsalının İranda mövcud texnologiyalardan biri olduğunu bildirərək deyib: İran İslam İnqilagbının formalaşması ilə islami cəmiyyətlərdə cihad ruhu inkişaf etdi və bu mövzü İran İslam Respublikasının əzəməti və güclülüyünü göstərir. 

Teqlər