Okt 20, 2017 12:18 Asia/Baku
  • Cahangiri: Tehran və Bakının müxtəlif sahələrdə yaxşı əməkdaşlığı vardır
    Cahangiri: Tehran və Bakının müxtəlif sahələrdə yaxşı əməkdaşlığı vardır

İran İslam Respublikasının vitse-prezidenti deyib: İran və Azərbaycan Respublikası təhlükəsizliyi təmin etmək və regionda radikal və terror qrupları ilə mübarizə aparmaq üçün əməkdaşlıqları artırmalıdırlar.

İshaq Cahangiri cümə axşamı günü Türkiyənin İstanbul şəhərində D-8 Qrupunun iclasının kənarında Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşdə deyib: İran region ölkələri ilə koordinasiya ilə terror qruplaşmaları ilə mübarizə aparmaqdadır. Belə ki, region xalqlarının rifahı məqsədilə dincliyi bərqərar etsin və İslam ölkələrini beynəlxalq qüdrətlərin region üçün yaratdıqları bu təhlükəli hədədən xilas etsin.

İranın vitse-prezidenti həmçinin Qara dənizin Fars körfəzinə birləşdirilməsi üzrə Tehran və Bakının səyinə toxunaraq deyib: Bu yeni yol Gürcüstan, Azərbaycan və İranın regional əməkdaşlıqlarını gücləndirə bilər.

Azərbaycan prezidentinin İrana səfərindən öncəyə qədər Rəşt-Astara-Bakı dəmiryolunun təkmilləşəcəyinə ümid edən Cahangiri bildirib: Bu səfər iki ölkənin ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların güclənməsinə səbəb olacaq.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də bu görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və terrorizm və radikallıqla mübarizə üçün İran və Azərbaycanın birgə baxışına toxunub və deyib: İki ölkənin təhlükəsizlik qüvvələri terrorizmlə mübarizə sahəsində daha artıq aktiv olmalıdırlar.

Azərbaycan prezidenti həmçinin Rəşt-Astara-Bakı dəmiryolunun region əlaqələrinin inkişafında önəmli dəyişikliyi yarada biləcəyinə toxunaraq Ukrayna və Polşa kimi Avropa ölkələrinin İran və Fars körfəzi regionuna məhsul ixracatı məqsədilə bu layihədən istifadəyə maraq göstərdiklərini bildirib.

Teqlər