Okt 20, 2017 12:35 Asia/Baku
  • General Baqiri: Terror qruplaşmalarının ömrü bitib
    General Baqiri: Terror qruplaşmalarının ömrü bitib

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Suriyada terror qruplaşmaları ilə mübarizədə müqavimət cəbhəsinin diqqətəlayiq uğurlarına toxunub və bildirib: Terror qruplaşmalarının ömrü sona çatıb.

Ordu generalı Məhəmməd Baqiri Suriyaya səfəri çərçivəsində Hələb vilayətinin əməliyyat bölgələri və digər əməliyyat hissələrində müqavimət cəbhəsi və hərəm müdafiəçiləri döyüşçləri ilə görüşdə bildirib: Düşmənlər və terror qrupları qarşısında ardıcıl və parlaq qələbələrin rəmzi müqavimət cəbhəsi və hərəm müdafiəçilərinin birliyidir.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi bildirib: Allahın köməyinə iman və müqavimət cəbhəsi döyüşçülərinə etimad İran İslam Respublikası döyüşçülərinin 8 illik Müqəddəs Müdafiədəki təcrübələrindən qaynaqlanmışdır.

Ordu generalı Baqiri həmçinin ümidvarlıq edib ki, müqavimət cəbhəsinin qələbələri və nailiyyətləri hərəm müdafiəçilərinin rəşadəti və şücaəti ilə davam edəcəkdir.

Teqlər