Okt 20, 2017 14:18 Asia/Baku
  • Beynəlxalq imperializm İslam İnqilabının mahiyyətindən qəzəblənib
    Beynəlxalq imperializm İslam İnqilabının mahiyyətindən qəzəblənib

Tehranın cümə namazının müvəqqəti xitabətçisi deyib: Dünyanın zalım quruluşu üçün İslam İnqilabının mahiyyətinə dözümsüzlüyü dünya imperializminin İrandan qəzəblənməsinin səbəbidir.

İRİB-in məlumatına görə, Höccətülislam vəlmüslimin Kazım Siddiqi Tehranın bu həftəki cümə namazı xütbələrində ABŞ prezidenti Donald Trampın İran əleyhinə həyasız açıqlamasının səbəbini də İran İslam İnqilabının mahiyyəti və əsasına dözməmək adlandırıb.

Tehranın cümə namazının müvəqqəti imam cüməsi deyib: Zalım quruluş İslam İnqilabının qələbəsinin əvvəlindən müxtəlif məkrli planlar, o cümlədən təfriqə yaratmaq, İran əleyhinə 8 illik müharibəni başlatmağı icra etdi. Lakin İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) ayıq-sayıqlığı və İran xalqının uzaqgörənliyi ilə bu məkrli planlar uğursuzluğa uğradı.

Tehranın bu həftəki imam cüməsi ABŞ-ın ictimai qurum olan İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə sanksiyalar tətbiq etməsinə toxunaraq deyib: Bu sanksiyaların səbəbi İslam İnqilabı Keşikçilər Korpusu Sepahın İŞİD terror qruplaşması və zalım qüdrət, xüsusilə ABŞ-ın İraq və Suriyadakı əlaltıları ilə mübarizəsidir. Belə ki, Yaxın Şərqdə ABŞ-ın məşum planlarını zərərsizləşdirmişdir.

Höccətülislam vəlmüslimin Kazım Siddiqi həmçinin ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramını pozmasına da münasibət bildirib: İranın nüvə anlaşmasına sadiq qalmasına rəğmən, ABŞ-ın İranla düşmənçiliyi artıb. Çünki Birləşmiş Ştatlar regional nüfuzunun azalması və İranın raket qüdrətinin güclənməsi ilə İslam Respublikasını tərksilah etmək niyyətindədir.

Tehranın müvəqqəti imam cüməsi Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri və faciələrinə də toxunub və deyib: Tezliklə ilahi intiqam əli ilə Yəmənin məzlum xalqının intiqamı Səudiyyə Ərəbistanı, ABŞ və yalançı insan haqları iddiaçılarından alınacaq.