Okt 21, 2017 17:44 Asia/Baku
  • Cahangiri: Dünyanın ABŞ prezidentinin sözlərinə etinasızlığı misilsizdir
    Cahangiri: Dünyanın ABŞ prezidentinin sözlərinə etinasızlığı misilsizdir

İran İslam Respublikasının vitse-prezidenti ABŞ prezidenti Donald Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) qarşı mövqeyinə işarə edərək, deyib: ABŞ prezidentinin İran kimi bir ölkə ilə bu formada danışması və dünyanın da ona etinasız yanaşması dünya tarixində çox az görülmüş hadisədir.

İRİB-nin verdiyi məlumata görə, İranın vitse-prezidenti İshaq Cahangiri şənbə günü Tehranda Milli İxracat Günü mərasimində deyib: ƏMTP-nin icraya qoyulmasından sonra beynəlxalq atmosfer İran ilə əməkdaşlıq üçün münasib hal aldı. Çünki, dünya İranın mühüm bir ölkə olduğunu bilir. 

Cahangiri Amerika, Afrika, Avropa və Asiyanın İran ilə əməkdaşlıq etmək istədiyini deyərək, bu fürsətdən istifadəni zəruri adlandırıb. 

İranın vitse-prezidenti həmçinin, İslam İnqilabının Böyük Rəhbərinin İranın bir neçə ölkə müstəsna olmaqla bütün dünya ölkələri ilə əlaqələrinin genişləndirilməsi haqdakı göstərişlərinə işarə edərək, deyib: ABŞ şirkətlərini İran ilə əməkdaşlıqdan faydalanmaqdan məhrum edən elə Amerika başçılarıdırlar. 

21 oktyabr İran təqvimində Milli İxracat Günü olaraq tanınır. 

Teqlər