Okt 22, 2017 09:54 Asia/Baku
  • İranın Ərbil konsulluğu bəyanat verdi
    İranın Ərbil konsulluğu bəyanat verdi

İranın Ərbildəki konsulluğu bu diplomatik məkana hücum ardınca bəyanat verib.

Bəyanatda bildirilir: Cümə günü günortadan sonra İran İslam Respublikası konsulluğunun istirahət günü olduğuna görə, bir qrup şəxs siyasi qərəzlərlə İran İslam Respublikasının Ərbildəki nümayəndəliyinin binasına təcavüz edib. Şübhəsiz Ərbilin şərafətli əhalisi İran İslam İnqilabı Keşikçilər Korpusunun İŞİD terror qruplaşması ilə mübarizədəki şücaətli döyüşlərini xatırlayırlar və belə hərəkətlərə yol verməzlər. 

İran İslam Respublikasının konsulluğu İranın nümayəndəliyinə təcavüzü pisləməklə yanaşı diplomatik nümayəndəliklər və iranlıların qorunması üzrə İraq Kürdüstanı məsul şəxslərinin vəzifələrini xatırladıb və siyasi şəxsiyyətlər, köçərilər və tayfa başçıları, universitet müəllimləri və ziyalılar, parlament nümayəndələri, İraq Kürdüstanı bölgəsi, Mosul, Kərkük əhalisi və İraq Kürdüstanında yaşayan iranlıların bu hadisədən təəssüfləndiyini müsbət qarşılayır. 

İraq Xarici İşlər Nazirliyi də şənbə günü bir bəyanatda İranın Ərbildəki konsulluğuna edilən hücumu və dost ölkənin bayrağına edilən hörmətsizliyi pisləyib. İraqın bir çox rəsmisi, siyasi şəxsiyyəti və vətəndaşları bu düşmənçilik hərəkəti pisləyiblər. 

İraq Kürdüstanında ictimai şəbəkələrin fəalları bildiriblər: İran konsulluğunun binasına hücum edənlər ehtimal üzrə Məsud Barzaninin başçılıq etdiyi Kürdüstan Demokratik Partiyasının tərəfdarlarındandırlar. 

İraq baş naziri Heydər əl-İbadinin Kərkük vilayəti və Ərbillə Bağdad arasında münaqişəli bölgələrdə təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstəriş verdiyi zamandan İraq Kürdüstanı bölgəsinin başçısı Məsud Barzaniyə bağlı şəbəkələr və medialar dəfələrlə İraq qüvvələri və İran əleyhinə yanlış xəbərlər yayımlamışlar.  

Teqlər