Okt 22, 2017 15:39 Asia/Baku
  • İran və İtaliya əməkdaşlıq sənədi imzaladı
    İran və İtaliya əməkdaşlıq sənədi imzaladı

İranın Cənubu Neft Bölgələri Milli Şirkəti İtaliyanın Ansaldo Şirkəti ilə qaz məşəllərin toplanması üçün əməkdaşlıq sənədi imzalayıb.

İRİB-in məlumatına görə, bu anlaşmanın imzalanmasının məqsədlərindən biri, elektrik istehsalı və neft-qaz təchizatının yenilənməsi üçün Cənubi Pars qaz yatağının 12-ci sektorunda məşələ göndərilən qazların toplanmasıdır.

Gündəlik 720 milyon kubmetr qazın neftlə birlikdə itkiyə getməsinin qarşısını almaq bu əməkdaşlıq sənədinin başqa bir məqsədidir.

İtaliyanın Ansaldo Şirkəti məşələ göndərilən qazların elektrikə çevrilməsi texnologiyasından istifadə etməklə ilk mərhələdə 600 meqavat, ikinci mərhələdə isə 1200 meqavat elektrik istehsal edir.

Teqlər