Okt 28, 2017 19:02 Asia/Baku
  • Əmir Purdəstan: İranın raket potensialı müzakirə mövzusu deyil
    Əmir Purdəstan: İranın raket potensialı müzakirə mövzusu deyil

İran İslam Respublikası ordusunun baş komandan əvəzi deyib: İranın raket potensialı müzakirə olunmaz mövzulardan biridir.

Fars xəbər agentiyinin verdiyi məlumata görə, Əmir Əhmədrza Purdəstan bu gün bəzi qərb dövlətləri tərəfindən İranın raket qabiliyyətinin müzakirə edilməsi mövzusunun ortaya atılması ehtimalı barədə deyib: İranın silahlı qüvvələrinin baş qərargahı müdafiə sahəsini müəyyənləşdirib və İranın hərbi mərkəzlərinə baxış icazəsi heç bir şəxs və ölkəyə verilməyəcək. 

General Purdəstan Suriyada son durum barədə deyib: Suriyada hərbi qüvvələrlə onlara məsləhət verən İranlılar arasında birlik və koordinasıya yaxşı səviyyədədir. 

General Purdəstan deyib: Təkfirçi terrorçular məhv olmaq və geri çəkilməkdədirlər və qarşıdakı aylarda Suriyada Terrorçu qrupların məhv olmasının şahidi olacağıq. 

Teqlər