Okt 29, 2017 12:28 Asia/Baku
  • Borucerdi: İranın raket proqramı müzakirə edilə bilməz
    Borucerdi: İranın raket proqramı müzakirə edilə bilməz

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri təhlükəsizliyin dünyada ilk sözü dediyini vurğulayıb. O, bildirib ki, bütün dünya ölkələri müxtəlif yollarla, o sıradan raket qüdrətini gücləndirməklə öz təhlükəsizliklərinin gücləndirilməsinin ardıncadırlar.

Əlaəddin Borucerdi dünən gecə İranın Xəbər telekanalı ilə müsahibədə Vaşinqtonun İranın raket proqramını məhdudlaşdırmaq üzrə səylərinə toxunaraq, deyib ki, İranın raket sınaqlarının BMT qətnamələrilə heç bir uyğunsuzluğu yoxdur.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri raket qüdrətinin önləyicilik gətirdiyini bildirərək, vurğulayıb ki, İranın raket proqramı müzakirə edilə bilməz.

Borucerdi ABŞ-ın İran və Sepah qarşısındakı yeni rəftarına da toxunub.  O, bildirib ki, Vaşinqton İrana təzyiq göstərməklə nüvə anlaşmasını islah və ya imkan daxilində onu ləğv etmək ardıncadır.

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də İranın nüvə anlaşmasına sədaqətini vurğulayan MAQATE-nin səkkiz hesabatına məhəl qoymadan bildirdi ki, İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməyəcəkdir.

Avropa İttifaqı və bir çox ölkələr Trampın bu ifadələrindən sonra bildirdilər ki, keçmişdəki kimi nüvə anlaşmasına tam dəstək verəcəklər.

Tramp habelə İranın terrorizmi himayə etdiyini iddia edib. O, Vaşinqtonun himayəsi altında olan Suriya və İraqdakı terrorçularla mübarizədə əsas rol oynayan Sepah-ın adını yeni sanksiyalar siyahısına salıbdır.

Teqlər