Noy 08, 2017 11:19 Asia/Baku
  • İran sionist rejimin işğalçılığına son qoyulması vacibliyini vurğulayıb

İran İslam Respublikası dünya ictimaiyyətindən istəyibdir ki, sionist rejimin Fələstin ərazilərində və Suriyanın Cövlan məntəqəsindəki işğalçılığının davam etməsinə mane olsun.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin birinci məşvərətçisi dünən BMT Baş Assambleyasının dördüncü komitəsində sionist rejimin işğalçılığının davam etməsi, sionist sakinli qəsəbələrin genişləndirilməsi və Qüdsü işğal etmiş rejim tərəfindən fələstinli ərazilərinin müsadirə edilməsini pisləyibdir.

Hoseyn Məleki sionist rejimin işğalçılıqlarını insanlığa qarşı hərəkətlər və beynəlxalq qanunların pozulmasının aşkar nümunəsi adlandırıb. O, qeyd edib ki, BMT-nin 2016-cı il hesabatına əsasən, fələstinli şəhidlərin üçdə birini uşaqlar təşkil edirlər.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin birinci məşvərətçisi həmçinin Cövlanı Suriya Ərəb Respublikasının ayrılmaz hissəsi adlandırıb və belə vurğulayıb: İran İslam Respublikası sionist sakinli qəsəbələrin genişləndirilməsi, həmçinin yaşayış massivlərində sionist rejimin hərbi bazalarının yerləşdirilməsini beynəlxaql hüquq normaları, BMT əsasnaməsi, BMT qətnamələri və 4-cü Cenevrə Konvensiyasının aşkar şəkildə pozulması hesab edir.

Hoseyn Məleki beynəlxalq ictimaiyyətdən istəyibdir, sionist rejimi təzyiq altında qoysun ki, tam şəkildə işğal olunmuş ərəb torpaqlarından, o cümlədən Fələstin ərazilərindən çıxmış olsun.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin birinci məşvərətçisi vurğulayıb: İran İslam Respublikası Fələstin xalqının işğalçılığa və öz müqəddəratını təyinetmə istiqamətində inkarolunmaz hüquqlarından bəhrələnmək üzrə ardıcıl səylərinə qətiyyətlə dəstək verir.

 

Teqlər