Noy 10, 2017 14:15 Asia/Baku
  • Zərif: İran Mərkəzi Asiya ölkələrilə dostcasına əlaqələrin qurulmasında öncül olubdur

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran daim Mərkəzi Asiya ölkələrilə müştərək maraqlar və qarşılıqlı hörmətə söykənən müvazinətli, dost və qardaşcasına əlaqələrin qurulmasında öncül olubdur.

Məhəmməd Cavad Zərif bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" adlı konfransda əlavə edib: İranın strategiyası əməkdaşlıqların genişləndirilməsi və gücləndirilməsi; regionda sülh, sabitlik və asayiş; beynəlxalq təşkilatlar və regional orqanlar çərçivəsində inteqrasiya və həmkarlığa söykənibdir.

Qonşuların təhlükəsizliyi və stabilliyini İranın təhlükəsizliyi və stabilliyi adlandıran İran İslam Respublikasının xarici işlər naziri deyib: Qanunsuz mühacirət və narkotik maddələr qaçaqmalçılığı, ekstremizm və təkfirçi terrorizm kimi müştərək təhdidlərlə mübarizə üzrə ikitərəfli təhlükəsizlik əməkdaşlıqları, həmçinin ixtilaf və gərginliklərin həllinə kömək, İranın Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin gücləndirilməsi və möhkəmləndirilməsindəki ən mühüm təsirli iştiraklarından olubdur.

Zərif regionda və dünyada ekstremizm və təkfirçi terrorizmlə təsirli mübarizənin region ölkələrinin əhatəli anlaşması və fikir mübadiləsini tələb etdiyini bildirərək, söyləyib: Anti-İslam cərəyanlarının formalaşmasının köklərinin araşdırılması terrorizm və ekstremizmin köklərilə təsirli və qətiyyətli mübarizənin önşərtidir.

"Yüz milyardlarla dollar xərcləməklə təhlükəsizliyi satın almaq və idxal etmək olmaz!".

Bu sözləri vurğulayan İran İslam Respublikasının xarici işlər naziri bildirib: Müasir dünyada təhlükəsizlik hərbi miqyaslarla məhdudlaşmır və təhlükəsizliyin ticariləşdirilməsi, bəzi beynəlxalq və regiondankənar qüdrətlərin siyasi ədəbiyyata daxil etdikləri yeni bir sövdələşmədir.

Zərif vurğulayıb: Birtərəfli təhlükəsizlik, eləcə də hərbi qüdrətə söykənən təhlükəsizliyin dövrü başa çatıb və bu, başqalarının təhlükəsizliyini hədələyən və əmin-amansızlıq yaratmaq niyyətində olan ölkələrin və regiondakənar qüdrətlərin İraq, Suriya, Yəmən və Əfqanıstan böhranlarından yaxşı şəkildə aldıqları bir dərsdir. 

"Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" konfransı bu gün region ölkələrinin məsul şəxsləri və şəxsiyyətlərinin iştirakı ilə Özbəkistanın Səmərqənd şəhərində işə başlayıb.

Teqlər