Noy 15, 2017 09:44 Asia/Baku
  • İnqilab Rəhbəri zəlzələdən zərərçəkənlərin çətinliklərinin aradan qaldırılmasını vurğuladılar
    İnqilab Rəhbəri zəlzələdən zərərçəkənlərin çətinliklərinin aradan qaldırılmasını vurğuladılar

İslam İnqilabının Böyük Rəhbəri İranın üçlü qüvvə rəhbərlərinin iştirak etdiyi iclasda bildiriblər: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxmaları praktiki olmalı və insanlara yardımlar tam şəkildə olmalıdır ki, onların çətinlikləri və əzab-əziyyətləri azalsın.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü üçlü qüvvənin rəhbərləri və ölkənin bir neçə rəsmisinin iştirak etdiyi iclasda Kirmanşahdakı ağır zəlzələ hadisəsindən dərin təəssüflənərək son acı hadisəni məsul şəxslərin öz vəzifələrini yerinə yetirmələri üçün ilahi sınaq və əməl meydanı adlandırıblar. 

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Bu iki gündə rəsmilər, o cümlədən prezident zəlzələdən zərərçəkən insanların yanına gedərək onların dərdinə şərik çıxdı, ümidvarıq bu proses vətəndaşlara kömək və əməl meydanında da var-gücü ilə davam edəcək, havaların soyuq olduğu və qarşıda qış fəslinin olduğunu nəzərə alaraq vətəndaşların problemləri və əzab-əziyyəti azalacaq. 

İnqilab Rəhbəri islam ictimaiyyətinin damarlarında sevgi və köməklik qanının axmasını belə hadisələrin təsirlərindən adlandırıb və deyiblər: Bu hadisələr hamını kömək səhnələrinə daxli edir, ümidvarıq ki, bu sevgi və qardaşlıq nəticəsində ilahi bərəkət qəhrəmanlar yetişdirən Kirmanşah və bütün İran xalqına şamil olacaqdır. 

"Biz bu matəmdə Kirmanşah vilayətinin qeyrətli əhalisi və şücaətli sərhədçilərinin dərdinə şərikik" deyən İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Yaxınlarını itirmək böyük və ağır dərddir. Lakin ümid edirik ki, Allah-taala zərərçəkmiş bütün ailələrin ürəklərinə sakitlik bəxş edəcək və onların gözünü öz rəhmətinə açacaqdır. 

Bazar ertəsi günü İranın qərbində rixtr şkalası üzrə 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində indiyə qədər 432 nəfər dünyasını dəyişib və 7817 nəfər yaralanıb. 

Teqlər