Noy 17, 2017 14:41 Asia/Baku
  • 28 səfərdə İslami İran matəm içində
    28 səfərdə İslami İran matəm içində

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) vəfatı və İmiam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günündə İranın müxtəlif şəhərlərində əzadarlıq mərasimləri keçirilib.

Bu gün 28 səfər 1439-cu hicri qəməri ili, 17 noyabr 2017-ci il əziz islam peyğəmbərinin (s.ə.s) vəfatı və İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günüdür.

İslami İran bu gündə qara geyinib və mömin xalq və Əhli-Beyt (ə) aşiqləri əziz islam peyğəmbərinin (s.ə.s) vəfatı və İmam Həsən Muctabanın (ə) şəhadətinin ildönümü günündə matəm saxlayır.

Müqəddəs Məşhəd şəhərində dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı və Qumda Həzrət Məsumənin (s.ə) ziyarətgahı bu matəm günündə əzadalarla doludur.

Əziz islam peyğəmbəri 11-ci hicri qəməri ilində vəfatından öncəyə qədər mehribanlıqla, dinin qaydaları və hökmlərini ən gözəl üslubda və mətanətli şəkildə bəyan etdi və din və dinin mararifinin yayılmasına mümkün qədər çalışdı.

Əziz atası İmam Əli İbn Əbitalibdən (ə) təxminən 30 il müddətinə dini təlimatları alan Həzrət İmam Həsən Muctaba (ə) da 50-ci hicri qəməri ili 28 səfərdə Müaviyənin göstərişi ilə öz həyat yoldaşı tərəfindən zəhərləndi və şəhid edildi.

Teqlər