Noy 19, 2017 09:40 Asia/Baku
  • Məşhəddə İmam Rzanın (ə) şəhadəti ildönümü gecəsində xütbəxanlıq mərasimi

Dünya şiələrinin səkkizinci imamı Həzrət Saminül-Hücəc Əli İbn Musər-Rzanın (ə) şəhadətinin ildönümü gecəsində xütbəxanlıq mərasimi Məşhəddə o həzrətin pak ziyarətgahında keçirilib.

İRNA-nın məlumatına görə, əllərində şamlar tutan Rəzəvi pak ziyarətgahının xidmətçiləri İslam İnqilabı həyətində sıralara düzülüb və məddahlardan birinin oxuduğu xütbəni dinləyiblər. 

Xütbəxanlıq mərasimindən sonra, Qüds-Rəzəvi Ziyarətgahının rəhbərliyi İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə əlaqədar başsağlığı verərək dünyada bəşəriyyətin xilas yolunu vilayəti qəbul etmək adlandırıb. 

Höccətülislam Seyid İbrahim Rəisi bildirib: Aşura, məhərrəm və səfərin bərəkəti, İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) uzaqgörənlikləri, şəhidlərin qanı ilə İranın böyük xalqı 8-ci imamın (ə) fərmanlarına itaət yolunu tapmış və başqa xalqlar da iranlılardan örnək götürmüşlər.