Noy 19, 2017 10:47 Asia/Baku
  • İran parlament sədri Kirmanşaha gedib
    İran parlament sədri Kirmanşaha gedib

İran İslam Şurası Məclisinin sədri Əli Laricani İranın qərbində Kirmanşah vilayətinin zəlzələdən zərərçəkən bölgələri ilə yaxından tanış olmaq üçün bu gün səhər bu vilayətə gedib.

Ötən bazar günü axşam İranın qərbində müxtəlif bölgələrdə 7,3 bal gücündə zəlzələ baş verib. Nəticədə 436 nəfər həlak olub, 10 min 203 nəfər yaralanıb. 

Zəlzələ dağıntılarının detalları, yardımların son vəziyyəti, zərərçəkənlərin ehtiyacları və problemlərinin aradan qaldırılması Əli Laricaninin Kirmanşah vilayətinə səfərinin əsas məqsədlərindən elan olunub. 

İranın neft naziri Bijən Namdar Zəngənə, iqtsadi və maliyyə məsələləri üzrə nazir Məsud Kərbasian İran İslam Şurası Məclisi sədrini Kirmanşah vilayətinə səfərdə müşayiət edirlər. 

Teqlər