Noy 19, 2017 17:01 Asia/Baku
  • İmam Rzanın (ə) siyasi strategiyası; Hazırkı şərait üçün ən yaxşı örnək
    İmam Rzanın (ə) siyasi strategiyası; Hazırkı şərait üçün ən yaxşı örnək

Vəliyyi Fəqihin Rəzəvi Xorasanı vilayətindəki nümayəndəsi deyib: Dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rza (ə) yüksək siyasi şəxsiyyət idi və o imamın siyasi məsələlərdəki strateji hərəkəti hazırkı şəraitdə şiələrin düşmənlərlə qarşılaşması üçün ən yaxşı örnəkdir.

İRNA-nın məlumatına görə, Ayətullah Əhməd Ələmül-Huda Məşhəddə İmam Rzanın (ə) ziyarətgahında o həzrətin şəhadətinin ildönümü əzadarlıq mərasimində deyib: İmam Rza (ə) öz zəmanəsinin hakimləri qarşısında dayandı və o həzrətin bütün siyasi və ictimai olaylardakı metodu hazırda müsəlmanlar üçün örnəkdir. 

Vəliyyi Fəqihin Rəzəvi Xorasanı vilayətindəki nümayəndəsi əlavə edib: İmam Rza (ə) öz dövründə bütün siyasi və ictimai hücumlar qarşısında dayandı və Məmun Abbasinin məkrli planlarını iflasa uğratdı, debat meydanında din əleyhinə mədəni ünsürlərlə mübarizəyə qalxırdı. 

Vəliyyi Fəqihin Rəzəvi Xorasanı vilayətindəki nümayəndəsi həmçinin deyib: İmam Rzanın (ə) məzlumluğu Mədinədən Mərv şəhərinə hicrət etdiyi zamandan başlandı və bu məzlumluq bir il yarım davam etdi. 

Teqlər