Noy 19, 2017 17:06 Asia/Baku
  • Laricani: Zəlzələdən zərərçəkənlərin əsas məsələsi müqvəqqəti yerləşdirmə və evlərin təmiridir
    Laricani: Zəlzələdən zərərçəkənlərin əsas məsələsi müqvəqqəti yerləşdirmə və evlərin təmiridir

İran İslam Şurası Məclisinin sədri İranın qərbində Kirmanşah vilayətinin zəlzələdən zərərçəkən bölgələrə səfərində deyib: Zəlzələdən zərərçəkənlərin əsas məsələsi ilk mərhələdə müqvəqqəti yerləşdirmə və sonra isə binaların təmir olunmasıdır.

Əli Laricani bazar günü Kirmanşah vilayətinin zəlzələdən zərərçəkən bölgələrlə yaxından tanış olduqdan sonra Sərpol Zəhab rayonunda əhali qarşısında deyib: Çadır və ilki vasitələr yetərincə təmin olunmuşdur. Lakin səhiyyə məsələləri baxımından zəlzələdən zərərçəkən bölgələrin çatışmazlıqları aradan qaldırılmalı və bölgə əhalisi üçün də ehtiyac duyulan səhiyyə imkanları təmin olunmalıdır. 

İran parlamentinin sədri dağılmış evlərin təmir olunmasının tez bir zamanda başlanmalı olduğunu vurğulayaraq əlavə edib: Bu arada İslam Şurası Məclisi Kirmanşah vilayətinin zəlzələdən zərərçəkən insanlarına münasib xidmətlərin göstərilməsi sahəsində hökumətlə əməkdaşlıq etməyə tam hazırdır. 

Teqlər