Noy 19, 2017 17:21 Asia/Baku
  • İranın neft alqı-satqısında məhdudiyyət yaratmaq nüvə anlaşmasının pozulmasıdır
    İranın neft alqı-satqısında məhdudiyyət yaratmaq nüvə anlaşmasının pozulmasıdır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: ABŞ prezidenti İrandan satın alınan neftin həcminin azaldılmasına dair açıqlaması Əhatəli Müştərək Təşəbbüs Proqramının pozulmasıdır.

ABŞ prezidenti Donald Tramp son vaxtlar iddia edib ki, dünya bazarlarına çıxarılan neft və neft məmulatları yetərincədir və İrandan neftin satın alınmasının həcmini yetərincə azaltmaq olar. 

Hüseyn Nəqəvi Hüseyni İran Parlamenti İnformasiya Agentliyi ilə müsahibədə deyib: İran nüvə anlaşmasına əsasən, öz neftini beynəlxalq bazarlarda bütün ölkələrə sata və onun pulunu ala bilər. 

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü xatırladıb: İranın neft alqı-satqısının həcminin azaldılmasına səbəb olacaq və ya neftin satılmasından əldə olunan pulun alınmasında yaradılacaq məhdudiyyət nüvə anlaşmasında qeyd olunan maddələrə ziddir və düşmənçilik hesab olunur. 

Nəqəvi Hüseyni bildirib: ABŞ İran İslam Respublikasının düşməni olaraq ölkələrin bir-birləri qarşısındakı beynəlxalq öhdəliklərini yerinə yetirmir və hər dəfə İran əleyhinə birtərəfli və düşmənçilik mövqeyi sərgiləyir. 

Teqlər