Noy 21, 2017 10:28 Asia/Baku
  • Vilayəti: İŞİD-in məğlub olması ilə onları himayə edən tərəflər regionla bağlı yeni planlar hazırlayırlar
    Vilayəti: İŞİD-in məğlub olması ilə onları himayə edən tərəflər regionla bağlı yeni planlar hazırlayırlar

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İŞİD-in məğlub olması ilə İŞİD-i yaradan və onu himayə edən tərəflər regionda yeni ssenarilər ardıncadırlar.

İRİB-nin verdiyi məlumata görə, Əli Əkbər Vilayəti bazar ertəsi günü İranın birinci telekanalı ilə müsahibədə müqavimət cəbhəsinin Suriyanın Bukamal şəhərindəki qələbəsini təbrik edib və deyib: Suriyada savaş müsəlmanların qələbəsi ilə nəticələnib. 

Vilayəti həmçinin, İŞİD terror qruplaşmasını himayə edən tərəflərin növbəti hədəfinin Livan ola biləcəyini deyərək, əlavə edib: Amerika, Fransa və Ərəbistan regionla bağlı planlarını həyata keçirmək üçün hər bir fürsəti dəyərləndirməyə çalışırlar. 

İnqilab Rəhbərinin müşaviri İran İslam Respublikasının raket proqramı və regiondakı iştirakı ilə bağlı ABŞ və müttəfiqləri tərəfindən irəli sürülən mövzulara da işarə edib və deyib: Qərb və onun regiondakı müttəfiqləri İran İslam Respublikasını təhdid etmək və zəiflətmək istəyirlər. 

Əli Əkbər Vilayəti daha sonra ABŞ-ın Böyük Yaxın Şərq planından danışıb: Terrorçuları himayə edənlərin məqsədi region ölkələrinin sərhədlərini pozmaq və etnik və məzhəbi qarşıdurma yaratmaqdır. 

İnqilab Rəhbərinin müşaviri qərblilərin bu kimi ssenarilər ilə İsrail rejiminin təhlükəsizliyini təmin etməyə çalışdıqlarını deyərək, əlavə edib: İran İslam Respublikası İnqilab Rəhbərinin müdrikliyi sayəsində düşmənlərin bütün fitnələrini zərərsizləşdirib. 

Teqlər