Noy 21, 2017 16:46 Asia/Baku
  • İraqçı: İran və Avropa Birliyi region məsələləri ilə bağlı ortaq baxışa nail olmalıdırlar
    İraqçı: İran və Avropa Birliyi region məsələləri ilə bağlı ortaq baxışa nail olmalıdırlar

İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Tehran və Brüssel regional məsələlərlə bağlı fikir ayrılıqları haqda ortaq və sülhsevər bir nəticəyə nail olmalıdırlar.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyd Abbas İraqçı çərşənbə axşamı İsfahanda keçirilən "Nüvə əməkdaşlıqları; Nailiyyətlər və perspektivlər" adlı konfransda regional məsələlərlə bağlı ortaq anlayışın əldə edilməsi və birgə əməkdaşlığın başladılmasını mümkün adlandırıb və deyib: Nüvə anlaşmasının icra edilməsindən sonra İran və Avropa Birliyi əlaqələri inkişaf edib və iki tərəf arasında yaxşı əlaqələr mövcuddur. 

İran xarici işlər nazirinin müavini nüvə anlaşmasını dəstəklədikləri və bu sahədə yaxşı aktivlik nümayiş etdirdikləri üçün Avropa tərəfini alqışlayıb və deyib: Ümidvaram iki tərəf birgə əməkdaşlıq yolu ilə bu anlaşmanın nəticələrindən faydalana bilsinlər.

İraqçı İran İslam Respublikasının nüvə anlaşması qarşısında öz öhdəliklərinə əməl etməyə səy göstərdiyini deyərək, əlavə edib: İran anlaşmanın digər tərəflərinin də öz öhdəliklərinə əməl etmələrini gözləyir. 

Teqlər