Noy 22, 2017 10:20 Asia/Baku
  • İnqilab Rəhbəri: İŞİD-in işğalına son ABŞ və asılı rejimlərə zərbə idi
    İnqilab Rəhbəri: İŞİD-in işğalına son ABŞ və asılı rejimlərə zərbə idi

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Mənfur İŞİD fenomeninin işğalına son qoymaq ABŞ-ın hazırkı və öncəki hökumətləri və bu qruplaşmanı yaradan asılı rejimlərə zərbə idi. Onlar hər bir dəstəklə Qərbi Asiyaya öz məşum istilasını artırmaq və qəsbkar sionist rejimin ixtiyarına verməyə çalışırdılar.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Qüds Qüvvələri komandanı general Qasim Süleymaninin məktubuna cavabda bildiriblər: Allah-taalaya bütün vücudumla şükür edirəm ki, sizin və çoxlu sayda əməkdaşınızın müxtəlif səviyyələrdə fədakarlıqlarına bərəkət verdi və dünya zalımlarının əli ilə yaradılan mənfur fenomen Suriya və İraqda siz saleh bəndələrin əli ilə məhv edildi. 

İnqilab Rəhbəri buyurublar: Bu qaraüzlü və zalım İŞİD qruplaşmasına yeganə zərbə deyildi, regionda vətəndaş müharibəsi yaradan, anti-sionist müqavimətin məhvi, yetərsiz başçıları vasitəsi ilə müstəqil ölkələri zəiflədən xəbisliklə dolu siyasətə daha ağır zərbə idi. 

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Siz bu təhlükəli xərçəng şişini dağıtmaqla region ölkələri, islam dünyası, üstəlik bütün xalqlara və bəşəriyyətə böyük xidmət etdiniz. 

İnqilab Rəhbəri bu qələbəni səmimiliklə təbrik edib və xatırladıblar ki, düşmənin kin-küdurətindən xəbərsiz olmaq olmaz. 

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Ağır xərclərlə bu nəhs plana tədarük görənlər sakit durmayaacqlar və onu bu bölgənin başqa yerində və ya başqa bir formada yenidən ortaya atmağa cəhd edəcəklər. 

İslam İnqilabının Böyük Rəhbəri təkid ediblər: Motivasiyanın qorunması, ayıq-sayıqlığın qorunması, birliyin qorunması, hər hansı təhlükənin qalığının təmizlənməsi, bəsirətlə dolu mədəni işin görülməsi və hərtərəfli hazırlıqlar unudulmamalıdır. 

Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Sizi və Suriya və İraqdakı mücahid qardaşları və başqalarını Allah-taalaya tapşırır, hamınızı salamlayır və hamınız üçün dua edirəm. 

Ordu generalı Qasim Süleymani İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda mənfur İŞİD fenomeninin sona çatdığını elan və bu qələbə münasibəti ilə Həzrət Ayətullahülüzma Xamenei və islam dünyasını təbrik edib. 

Teqlər