Noy 23, 2017 10:05 Asia/Baku
  • Soçi görüşünün yekun bəyanatı

İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentləri Suriyadakı suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü yenidən təsdiqləyən birgə bəyanatda terrorçu qrupların son məğlubiyyətinədək öz əməkdaşlıqlarını davam etdirmək barədə razılığa gəliblər.

Dünən axşam Soçi görüşünün sonunda İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Rusiya  prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları bu birgə bəyanatda üç ölkə onların zamin olduqları Suriyada atəşkəs rejiminin qorunması və gücləndirilməsi üzrə hazırkı üçtərəfli koordinasiya səviyyəsindən razılıq edibdir.

İran, Rusiya və Türkiyə prezidentləri BMT-nin münasib nəzarəti altında,  şəraiti uyğun gələn bütün suriyalıların iştirakı ilə Suriyada azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də Suriya xalqının dəstəyilə bu ölkənin əsas qanununun hazırlanması ilə nəticələnəcək azad, ədalətli, şəffaf və əhatəli suriyalı-suriyalı bir proses yolu ilə Suriya böhranı üçün siyasi bir həll yolunun əldə olunması və bu ölkə birliyinin qaytarılmasında suriyalılara kömək etmək barədə razılığa gəliblər.

Ruhani, Putin və Ərdoğan Suriya hökumətinin və özlərini Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə, ərazi bütövlüyünə və Suriyanın bölünməzliyinə sadiq bilən suriyalı müxaliflərin nümayəndələrindən yaxın gələcəkdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Kongresində səmərəli şəkildə iştirak etmələrini istəyiblər.

İran İslam Respublikası, Rusiya və Türkiyənin dövlət başçıları həmçinin beynəlxalq ictimaiyyətin maraq göstərən üzvlərindən Suriya xalqına daha çox yardım göndərmək, minaların təmizlənməsinə kömək göstərmək, tarixi-mədəni irsin qorunması və əsas iqtisadi və sosial infrastruktur obyektlərinin yenidən qurulması daxil olmaqla Suriyada gərginliyin azaldılması və sabitliyin bərqərarı prosesinə dəstək vermələrini istəyiblər.

Teqlər