Noy 23, 2017 10:22 Asia/Baku
  • Ruhani: Soçi görüşünün əsas nəticəsi, Suriyalı-Suriyalı Milli Konqresinin təşkilidir

İran İslam Respublikasının prezidenti vurğulayıb: Soçi görüşünün əsas hədəfi və nəticəsi, Suriyalı-Suriyalı Milli Konqresinin təşkilidir ki, onun vasitəsilə hökumət tərəfdarları və müxaliflər daxil olmaqla Suriydakı bütün etnoslar, məzhəblər və fəallar yaxın gələcəkdə Soçidə bir araya gələrək, Suriyanın gələcəyini müzakirə etsinlər.

Həsən Ruhani dünən axşam Soçi görüşündən sonra keçirilən İran İslam Respublikası, Rusiya və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında deyib: Suriyalı-Suriyalı Milli Konqresinin təşkilində məqsəd budur ki, Suriyada yeni əsas qanunun hazırlanmasına zəmin yaransın və onun vasitəsilə bu ölkədə azad və ədalətli bir seçki keçirilsin və bu, bütün region üçün sülh və sabitlik mesajı ola bilər.

Bu gün regionda və Suriyada möhkəm sülh və stabillik yolunda yeni addımın atılmasından məmnunluq ifadə edən İran İslam Respublikasının prezidenti əlavə edib: Qərara alındı ki, İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri, müştərək qərargahlarının rəisləri, eləcə də kəşfiyyat və təhlükəsizlik rəsmiləri Suriyalı-Suriyalı Milli Konqresinin təşkilinə şərait yaratsınlar.

Region sülhü və sabitliyi çərçivəsində Tehran-Moskva-Ankara əməkdaşlıqlarının davam etdiriləcəyini vurğulayan Ruhani deyib: İran, Rusiya və Türkiyə hamını regionda davamlı sülh və sabitliyin yaradılmasına çağırırlar.

İran İslam Respublikasının prezidenti Soçi görüşünün önəminə də toxunub: Bu görüş İŞİD-in Suriya və İraqdakı əsas bazalarının məhv edildiyi və regionda terrorizm qarşısında böyük uğurun əldə olunduğu zaman keçirildi.

Ruhani vurğulayıb: Dünya xalqlarına sübut oldu ki, terrorizm öz məqsədlərinə çatmaq istiqamətində ölkələr üçün mühüm bir vasitə ola bilməz.

Teqlər