Noy 24, 2017 21:37 Asia/Baku
  • Rza Nəcəfi
    Rza Nəcəfi

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi sionist rejimin hərbi nüvə fəaliyyətlərini region və dünya ictimaiyyəti üçün əsas nigaranlıq mənbəyi adlandırıb.

İRİB-in məlumatına görə, İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi Direktorlar Şurasının iclasında Qoşulmama Hərəkatı tərəfindən sionist rejimin nüvə silahları proqramını dəfələrlə pisləməsini xatırladaraq AEBA-nın bu məsələyə ciddi və dəqiq şəkildə yanaşmasını istəyib.

Nəcəfi əlavə edib: Sionist rejim ötən illərdə beynəxlalq ictimaiyyətin qanuni tələbini görməməzliyə vuraraq, bəzi ölkələrin kor-koranə dəstəyi ilə və beynəlxalq qanun-qaydaları tapdalayaraq hərbi nüvə proqramını irəlilətmişdir.

Teqlər