Noy 27, 2017 18:55 Asia/Baku
  • İranın xarici ticarət göstəricisi 8 faiz artıb
    İranın xarici ticarət göstəricisi 8 faiz artıb

İran gömrüyü bildirib ki, cari milad ilinin ötən səkkiz ayında İranın xarici ticarət göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb.

İran gömrüyünün statistikasına görə, cari milad ilinin ötən səkkiz ayında İranın ümumi xarici ticarət göstəricisi dörd milyard 486 milyon dollar, yəni səkkiz faiz artaraq, altmış milyard 907 milyon dollara çatıb. İranın qeyri-neft ixracat dəyəri isə bir faiz yaxşılaşıbdır.

Bu məlumata əsasən, ötən səkkiz ayda İranın qeyri-neft ixracatı 28 milyard 488 milyon dollara çatıbdır.

İranın başlıca ixracat malları polietilen, metanol, yüngül yağlar, propan və qaz kondensatları, əsas idxalat malları isə motorlu nəqliyyat vasitələri, soya, lobya, avtomobil hissələri, mal-qara yemi və düyü olubdur.

Bu məlumata əsasən, ötən səkkiz ayda İran məhsullarının başlıca alıcıları Çin, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Əfqanıstan olubdur.

Teqlər