Noy 30, 2017 09:37 Asia/Baku
  • İran bir iranlı gəncin ABŞ-da qətlə yetirilməsinə etiraz edib

İran İslam Respublikası İranın ABŞ-da mənafeyini qoruyan Pakistanın səfirliyinə nota verərək ABŞ polisinin iranlı-amerikalı gənci qətlə yetirməsi və bu cinayət işinin dərhal araşdırılmasını istəyib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Vaşinqtonda mənafeyini qoruyan ofisin etiraz notasında ABŞ polisinin səbəbsiz yerə atəş açması nəticəsində 25 yaşlı İran və ABŞ vətəndaşlığı olan Bijən Qeysərin qətlə yetirilməsindən təəssüf ifadə olunub və şahidlərdən birinin dediyinə görə yaxın məsafədən Qeysərə atəşin açıldığına görə, ABŞ polisinin indiyə qədər heç bir səbəb göstərmədiyi bildirilib. 

İran İslam Respublikasının mənafeyini qoruyan ofis ABŞ polisinin bu sərt hərəkətini pisləyərək, Amerikadakı məsuliyyətli dairələrdən bu iranlı gəncin qətli qarşısında cavabdeh olmalarını istəyib. 

 

Teqlər