Dek 01, 2017 12:41 Asia/Baku
  • İran vitse-prezidenti Hocedkdə zəlzələdən zərərçəkənlərə yardımla bağlı göstəriş verdi
    İran vitse-prezidenti Hocedkdə zəlzələdən zərərçəkənlərə yardımla bağlı göstəriş verdi

İranın şərqində yerləşən Kerman ostanı icra başçısı deyib: Hazırda Rusiyada səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri Kermanın Ravər məntəqəsində yerləşən Hocedk kəndində zəlzələdən zərərçəkənlərə yardımla bağlı telefon ilə xüsusi göstəriş verib.

Bu gün cümə, yerli vaxtla səhər saat 6 radələrində İranın şərqində, Kerman ostanında yerləşən Ravək məntəqəsində rixter şkalası ilə 6.1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentrinə ən  yaxın məsafədə yerləşən Hocedk kəndində indiyə kimi 30 afterşok qeydə alınıb. 

Kerman ostanı icra başçısı Əlirza Rəzmhüseyni böhran qərargahının iclasında etdiyi çıxışında deyib: İshaq Cahangiri Kerman ostanı icra hakimiyyəti ilə saxladığı telefon əlaqəsində Hocedk zəlzələsi ilə bağlı görülən işlər ilə tanış olub. 

Kerman ostanı icra başçısı həmçinin deyib: Vitse-prezident cümə günü axşam Tehrana qayıtdıqdan sonra zəlzələ və dəyən zərər və ziyanla bağlı hesabatları dəyərləndirib, lazımi göstərişləri verəcək.

Teqlər