Dek 02, 2017 21:30 Asia/Baku
  • İranlı həkim Akupunktura Beynəlxalq Federasiyasının sədr əvəzi oldu
    İranlı həkim Akupunktura Beynəlxalq Federasiyasının sədr əvəzi oldu

Tehran Tibb Elmləri Universitetinin professoru doktor Əmir Humən Kazimi bu gün Çin paytaxtı Pekində Akupunktura Beynəlxalq Federasiyasının rəyasət heyəti seçilməsi üzrə keçirilən konfransında bu federasiyanın sədr əvəzi seçilib.

İRNA-nın məlumatına görə, Akupunktura Beynəlxalq Federasiyasının 9-cu konfransında 60 ölkədən akupunktura üzrə mütəxəssislər, müəllimlər, o cümlədən Ümumdünya Sağlamlıq Təşkilatının baş direktorunun iştirakı ilə cümə günündən Pekində işə başlayıb.

Pekin Akupunktura Universitetinin müəllimi də olan Doktor Əmir Humən Kazimi bir müddət öncə Çin Akupunktura metodları xüsusi cəmiyyətinin baş katibinin müavinlərindən biri olaraq seçilmişdi.

Teqlər