Dek 03, 2017 14:20 Asia/Baku
  • General Süleymani İran silahlı qüvvələrinin ən bacarıqlı komandanı elan edildi
    General Süleymani İran silahlı qüvvələrinin ən bacarıqlı komandanı elan edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Batalyonu komandanı ordu generalı Qasım Süleymani 8-ci "Malik Əştər" festivalında İran silahlı qüvvələrinin ən bacarıqlı komandanı elan edilib.

İRNA-nın məlumatına görə, bazar günü İran silahlı qüvvələrinin bacarıqlı komandanları və hərbi bölmələrinin mükafatlandırılması məqsədi ilə keçirilən 8-ci Malik Əştər Festivalında Sepah-ın Qüds Batalyonu İran silahlı qüvvələrinin ən üstün bölməsi və bu batalyonun komandanı general Qasım Süleymani İran silahlı qüvvələrinin ən bacarıqlı komandanı seçilib.

Malik Əştər Festivalının keçirilməsində məqsəd İran silahlı qüvvələrinin ən bacarıqlı təşkilatları, bölmələri və komandanlarının müəyyən edilməsi və mükafatlandırılmasıdır.

Teqlər