Dek 03, 2017 19:01 Asia/Baku
  • İran nüvə batareyaları istehsalı texnologiyasına yiyələnib
    İran nüvə batareyaları istehsalı texnologiyasına yiyələnib

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sədr müavini deyib: Nüvə batareyasının istehsal edilməsi ilə İran İslam Respublikası bu texnologiyaya malik olan 5 ölkədən birinə çevrilib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Əli Əsğər Zarean deyib: İran öz bacarıqlı və istedadlı alimləri sayəsində artıq elm və texnologiyanın bütün zirvələrini fəth etməyə qadirdir.

İranın Atom Enerjisi Təşkilatının sədr müavini həmçinin deyib: Hazırda sadəcə Amerika, Britaniya, Fransa və Rusiya nüvə batareyası istehsal etmək texnologiyasına malikdir. Və xoşbəxtlikdən 4 il davam edən səylərin sonunda bu gün İran da bu texnologiyaya malik olan ölkələrə qoşulub.

Nüvə batareyasının istehsal edilməsi ilə artıq mobil telefon batareyaları, ürək batareyaları və tibb təchizatları, neft sənayesi avadanlıqları və qazma cihazlarının batareyaları 5 ildən 50 ilə kimi yenidən doldurmaya ehtiyac duymadan işləyə biləcəklər.

Teqlər