Dek 06, 2017 19:16 Asia/Baku
  • Ordu generalı Səfəvi: İransız Suriya və İraqın təhlükəsizliyi əldə olunmazdı

Ali Baş Komandanın ali müşaviri və köməkçisi çərşənbə günü deyib: Terrorçular səudiyyəlilərin maliyyə dəstəyi, ABŞ və bəzi region ölkələrinin lojistik dəstəyi ilə Suriya və İraqı destabilləşdirmək ardınca idilər.

İRNA-nın məlumatına görə, ordu generalı Seyid Yəhya Rəhim Səfəvi İran İslam Respublikası olmadan Suriya və İraqın təhlükəsizliyinin əldə olunmayacağını bildirərək deyib: İran bu iki ölkənin xalqlarını stabillik və təhlükəsizliyə çatdırdı. 

Ali Baş Komandanın ali müşaviri və köməkçisi səudiyyə rejimini ABŞ-ın regiondakı nökəri adlandırıb və deyib: Səudiyyə Ərəbistanının regiondakı destabilliklərdə əli vardır. 

Ordu generalı Səfəvi Yəmən böhranına da münasibət bildirib: İnşallah, Yəmən vətəndaşları da Suriya və İraq vətəndaşları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qarşısında qalib gələcəklər. 

Teqlər