Dek 08, 2017 15:37 Asia/Baku
  • Dünya ölkələri səfirlərini geri çağırsın sionist rejim səfirliklərini bağlasınlar

Tehranın bu həftəki cümə namazının xətibi dünya xalqlarının Trampın qərarna reaksiyasının çox geniş olduğunu bildirərək deyib: Bu hadisəni pisləmək yetərli deyil, öz səfirlərini geri çağırmalı və dünyada sionist rejim səfirliklərini bağlamalıdırlar.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Seyid Əhməd Xatəmi ABŞ prezidenti Donald Trampın Qüdsü saxta İsrail rejiminin paytaxtı elan etməsini pisləyərək deyib: Trampın bu hərəkəti təkcə islam dünyası deyil, ABŞ-ın müttəfiqlərinin də etirazına səbəb olmuşdur.

Ayətullah Xatəmi bildirib: Trampın hərəkəti Fələstin məsələsinin yeganə həll yolunun İntifazə olduğunu göstərdi, sionist rejimə hücumlar və ona zərbələr endirmək Allah bəyənən addımdır.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın bu həftəki cümə namazı xütbələrində İranın düşmənlərlə mübarizə üçün silahlı və güclü olmalı olduğunu qeyd edərək deyib: İslam Respublikasının güclü olmasının düşmənlərin güclü olması iliə fərqi vardır. Çünki onların güclü olması təcavüzkarlıq üçündür. Lakin İranın güclü olması önləyicilik üçündür.

Tehranın cümə namazı xətibi çoxlu zalımların mövcud olduğu hazırkı dünyada silahsızlığın mümkün olmadığını bəyan edərək bildirib: İran bacardığı qədər öz raketlərinin mənzilini artıracaq ki, Ağ Ev rəsmilərinin gözlərinə yuxu getməsin.

Ayətullah Xatəmi əlavə edib: İran öz raket texnologiyasındakı hərəkətini davam etdirəcək. Belə ki, bir gün sionist rejim adlı dəli həvəsə düşərsə, Tələviv və Hayfanı yerlə yeksan etsin.