Dek 08, 2017 18:11 Asia/Baku
  • İran ordusu: Trampın hərəkəti islam ümməti əleyhinə böyük fitnədir

İran İslam Respublikası ordusu cümə günü bir bəyanatda ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi elan etməsini pisləyərək bildirib: Trampın bu ağılsız hərəkəti islam ümməti əleyhinə böyük fitnədir.

İran İslam Respublikası ordusu bu bəyanatda Qüds-Şərifi dünya müsəlmanlarının bir hissəsi olduğunu bildirib: Trampın yeni məkrli planı beynəlxalq imperializmin siyasətlərinin regionda, xüsusilə də onların əlaltıları, o cümlədən İŞİD terror qruplaşmasının İraq və Suriyada rüsvayçı şəkildə məğlub olmasından sonra Fələstin xalqının hüququnu tapdalamaq məqsədilə tənzimlənib. 

İran İslam Respublikası ordusu ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi elan etməsi ilə bağlı təhrikedici hərəkətinin beynəlxalq təşkilatların qətnamələrinin açıq-aşkar şəkildə pozulması hesab edərək xatırladıb: Trampın bu hərəkəti regionun sülh və stabilliyinə kömək etməyəcək, üstəlik gərginliyin və destabilliyin artması ilə nəticələnəcək. Bu halda, məsuliyyət ABŞ hökuməti və sionist rejimin üzərinə düşür. 

Teqlər