Dek 08, 2017 20:26 Asia/Baku
  • Ruhani İranın ağırlıqqaldırma yığmasını təbrik edib

İran İslam Respublikası prezidenti İran yığmasının Meksikada keçirilən Əlillərin Ağırlıqqaldırma üzrə Dünya Çempionatında qalib gəlməsi münasibəti ilə İranın böyük xalqını təbrik edib.

Həsən Ruhani Twitterdə yazıb: İranın ağırlıqqaldırma idmançılarının Dünya Çempionatında uğurlu çıxış etmələri və çempion olmaları münasibəti ilə İran xalqını, yığma komandanın üzvlərini, məşqçiləri və rəsmilərini təbrik edirəm.

İranın ağırlıqqaldırma üzrə yığma komandası Meksikada keçirilən Əlillərin Ağırlıqqaldırma üzrə Dünya Çempionatında 4 qızıl, 4 gümüş və 1 bürünc medalla çempion olub.

Teqlər