Dek 09, 2017 09:32 Asia/Baku
  • Amerikalı qanunvericilər İrana qarşı yeni sanksiya hazırlayırlar
    Amerikalı qanunvericilər İrana qarşı yeni sanksiya hazırlayırlar

ABŞ Konqresinin 2 üzvü cümə günü nümayəndələr məclisinə yeni bir qanun layihəsi təqdim edərək, Yəmənin Ənsarullah hərəkatına kömək etmək bəhanəsi ilə bəzi İran təşkilatları və vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Nmayəndələr Məclisinin Yaxın Şərq və Afrikanın Şimalı Komitəsinin sədri İlena Ros Lehtinen və Terrorizm ilə mübarizə komitəsinin sədri Ted Poe tərəfindən hazırlanmış "Sanksiyalar yolu ilə İran və Husiləri cavabdeh etmək" qanun layihəsi ABŞ Senatı və Nümayəndələr Məclisində təsdiq ediləcəyi təqdirdə ABŞ prezidentinin üzərinə İranın bəzi vətəndaşları və şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsi vəzifəsi qoyulmuş olacaq. 

Səudiyə Ərəbistanı ABŞ-ın tam dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli müharibəyə başlayıb, bu ölkəni havadan, qurudan və sudan mühasirəyə alaraq, Yəmən xalqını amansız şəkildə qırğın edir. 

Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı savaşında indiyə kimi on minlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb, milyonlarla nəfər isə didərgin düşüb. Bütün sivil infrastrukturlar ardıcıl olaraq bombardman edilir, ölkə xarabalığa çevrilib. Mühasirə nəticəsində milyonlarla insan aclıqdan əziyyət çəkir. Vəba və digər yolxucu xəstəliklərin yayılması əhalini kütləvi məhvə sürükləyir. 

Bütün bunlara baxmayaraq, Yəmən xalqı təcavüzkarlar qarşısında təslim olmayaraq, var gücləri ilə müqavimət göstərir və mübarizə aparırlar. 

Teqlər