Dek 09, 2017 19:23 Asia/Baku
  • Conson: Britaniya nüvə anlaşmasının tam formada icrasına sadiqdir
    Conson: Britaniya nüvə anlaşmasının tam formada icrasına sadiqdir

Britaniyanın xarici işlər naziri iranlı həmkarı ilə görüşdə Londonun İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasına sadiq olduğunu vurğulayıb.

Britaniyanın xarici işlər naziri Boris Conson şənbə günü Tehranda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə deyib: Nüvə anlaşması Britaniya üçün böyük əhəmiyyət kəsb edir.

Conson həmçinin, iki ölkə əlaqələrinin genişlənməsi, London və Britaniya arasında məsləhətləşmələrin davam etməsini vurğulayıb.

Zərif və Conson bu görüşdə müxtəlif məsələlər o cümlədən iqtisadi əməkdaşlıqlar, bank əməkdaşlıqları və ticarət əlaqələri habelə, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparıblar.

Britaniyanın xarici işlər naziri bu gün həmçinin, İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə də görüşüb, danışıqlar aparıb.

Boris Conson İrana olan 2 günlük səfəri çərçivəsində prezident Həsən Ruhani,  Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və İranın Atom Enerjisi Təşkilatının direktoru Əli Əkbər Salehi ilə də görüşüb, danışıqlar aparmalıdır.