Dek 09, 2017 20:18 Asia/Baku
  • Şəmxani: İran olmasaydı, İŞİD Avropa sərhədlərinə çatmışdı
    Şəmxani: İran olmasaydı, İŞİD Avropa sərhədlərinə çatmışdı

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib: Əgər İran vaxtında praktiki addımlar atmasaydı və yüzlərlə şəhid verməsəydi, bu gün İŞİD İraq və Suriyada hökmranlıq edirdi və Avropa sərhədlərinə çatmışdı.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Tehranda Britaniyanın xarici işlər naziri Boris Conson ilə görüşdə bəzi ölkələrin İranın regionla bağlı siyasətlərinə qarşı əsassız mövqelərini tənqid edib və deyib: İran İslam Respublikası terrorizm ilə mübarizədə ciddidir.

Şəmxani ABŞ prezidenti Donald Trampın Qüdsü qondarma İsrail rejiminin paytaxtı olaraq tanımaq qərarına işarə edərək, deyib: Fələstin vahid paytaxta malik olmaqla, vahid bir ölkədir və ABŞ hökumətinin yeni qərarı fələstinlilərin uşaq qatili olan sionist rejim qarşısında daha artıq birləşməsinə və Fələstin xalqının haqlarını bərpa etməsinə səbəb olacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəxmxani həmçinin, Britaniyanın Ərəbistan və Bəhreyn kimi insan haqlarını kobud surətdə pozan ölkələrə silah və təhlükəsizlik təchizatları satmasını qınayıb və deyib: Bütün beynəlxalq qrumların Yəmən xalqının mühasirədə saxlanılması və bombardman edilməsini qınadığı bir şəraitdə, heç şübhəsiz bu cinayətlərə şərik olanlar da beynəlxalq ictimaiyyətin nəzərində insan haqlarını pozan tərəflər olaraq yadda qalacaqlar. 

Əli Şəmxani ABŞ-ın İran və 5+1 qrupu arasındakı nüvə anlaşması ilə bağlı mövqeyini də sözün əsl mənasında faciə adlandırıb və deyib: Bu rəftarın davam etməsi ABŞ-ın siyasi etibarına zərbə vurmaqla yanaşı, beynəlxalq anlaşmalara olan inamın da sual altına düşməsinə səbəb olacaq.

Britaniyanın xarici işlər naziri Boris Conson da bu görüşdə Londonun ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarına qarşı olduğunu bildirib və deyib: Britaniyanın öz səfirliyini Qüdsə köçürmək kimi bir fikri yoxdur.

Conson həmçinin, nüvə anlaşmasının icrası yolunda duran maneələrin aradan qaldırılmasına təkid edib.

Teqlər