Dek 10, 2017 18:55 Asia/Baku
  • Ruhani: Səudiyyə Ərəbistanı İsrail rejimi qarşısında baş əyməkdən əl çəksin

İran İslam Respublikası prezidenti deyib: Səudiyyə Ərəbistanı Yəmənə qarşı bombardımanları dayandıra və İsrail rejimi qarşısında baş əyməkdən əl çəkər və bu rejimlə əlaqədə olmağa yalvarmazsa İranın Səudiyyə Ərəbistanı ilə heç bir problemi olmayacaq.

Həsən Ruhani bu gün İranın 1397-ci hicri şəmsi ili üçün dövlət büdcəsini İslami Şura Məclisinə təqdimi zamanı deyib: Səudiyyə Ərəbistanı sionist rejim ilə səhv dostluğunu kəsər və Yəmən xalqına qarşı qeyri-insani bombardımanları dayandırmaqla İranla əlaqələrə başlayan tərəf ola bilər. 

İran İslam Respublikası prezidenti İranın sabitliyi regiona qaytara bildiyini xatırladaraq deyib: Müqavimət döyüşçüləri, dünyanın zalım qüvvələri və sionizmi məyus etdi, Suriya, İraq və Livanda stabillik yaratdı və inşaallah yaxın zamanda yəməndə də əmn-amanlıq yaranacaq. 

Teqlər