Dek 11, 2017 17:48 Asia/Baku
  • İranın müdafiə naziri general-mayor Əmir Hatəmi
    İranın müdafiə naziri general-mayor Əmir Hatəmi

İranın müdafiə naziri ABŞ prezidentinin Qüdsə qarşı hərəkətini Fələstin xalqının hüquqlarını pozmaq üzrə dərin bir fitnə adlandırıb və deyib ki, regionda hər cür artıq gərginlik və qan axıdılmasının məsuliyyəti Amerikanın üzərinə düşür.

İranın müdafiə naziri general-mayor Əmir Hatəmi bu gün Amerika prezidentinin Qüdsü saxta sionist rejimin paytaxtı elan etmək üzrə hərəkətini pisləyərək, deyib: Bu hərəkət sionist rejimin məhvini irəli atacaq və müsəlmanların birliyini bir neçə qat artıracaqdır.

General Hatəmi dünya imperializminin Suriya və İraqdakı məğlubiyyətdən sonra regionun digər xalqlarına qarşı yeni avantüra və fitnəkarlıq törətmək ardınca olduğunu bildirib. O, deyib: Qüdsü işğal etmiş rejim bilr ki, Amerika hökumətinin bu qanunsuz hərəktlərilə Qüdsün durumunda heç bir dəyişiklik yaranmayacaq və Fələstin xalqı və dünya azadlıqsevərləri hər zamandakından daha çox Fələstin əraziləri və Qüdsün azadlığı üçün vahid formaya və birliyə malik olacaqlar.

İranın müdafiə naziri həmçinin İŞİD-in xəbiscəsinə işinə son qoyulduğunu bildirərək, deyib: Əgər İŞİD-in regiondakı kökü kəsilməsəydi, sionist rejim uzun müddət təhlükəsizlik və asayişdə olacaqdı və region xalqları sionist rejim və terror qrupları ilə mübarizə yerinə, bir-birilərilə savaşda olacaqdılar.

General-mayor Hatəmi vurğulayıb: İran İslam Respublikasının siyasəti daim məzlum Fələstin xalqına dəstək, regionun sabitliyi və təhlükəsizliyi, eləcə də Amerika ilə sionist rejimin təfriqə mahiyyətli və birtərəfli hərəkətlərinin pislənilməsidir.

Teqlər