Dek 11, 2017 17:59 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Bəzi əlamət və təhlillərə əsasən, son dərəcə az sayda ölkə Amerikanın Qüdsü sionist rejimin paytaxtı elan edəcəyi barədə məlumatlı imiş və onlarla ahəngdarlıq yaradılıbmış.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici müxbirlərlə həftəlik brifinqində deyib: Qüdsün sionist rejimin paytaxtı elan olunmasından sonra dünya dövlətlərinin ümumi fikirlərində müşahidə olunmuş məsələ, ərəb ölkələri daxil olmaqla bir çox ölkənin başını qatmış Amerika prezidenti Donald Trampın utancgətirici hərəkətinin pislənilməsi üzrə beynəlxalq konsensusdur.

Qasemi ABŞ-ın bu ölkə səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi üzrə qərarı ilə bir zamanda bəhreynli heyətin işğal olunmuş Fələstin torpaqlarına səfəri barədə isə deyib: Bu səfər yersiz, yanlış və utancgətirici olaraq, işğalçılığa dəstək verən bəzi ərəb ölkələrinin simasını tamamilə üzə çıxardı.

Teqlər