Dek 12, 2017 09:53 Asia/Baku
  • İran Fələstin islami müqavimət qüvvələrinə dəstək verməyə hazırdır
    İran Fələstin islami müqavimət qüvvələrinə dəstək verməyə hazırdır

İran islam inqilabının keşikçiləri korpusunun(Sepah) Qüds qüzvvələrinin komandanı Fələstin İslami Cihad Təşkilatının batalyonları və İzzədin Qəssam batalyonlarının komandanları ilə telefon danışığında İran İslam Respublikasının Fələstin İslami Müqavimət qüvvələrinə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, İran İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qoşunlarının komandanı General Qasım Süleymani bu telefon danışığında regiondakı digər müqavimət qruplarının Məscidül-Əqsanı müdafiəyə hazır olduqlarını vurğulayıb. 

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrail rejiminin paytaxtı tanıdı. Beynəlxalq təşkilatlar və müxtəlif ölkələr bu qərarın  beynəlxalq qətnamələrə zidd olduğu bildirirlər.

Teqlər