Dek 12, 2017 16:23 Asia/Baku
  • Ələvi: İfratçılıq terrorçu hərəkətlərlə nəticələnir
    Ələvi: İfratçılıq terrorçu hərəkətlərlə nəticələnir

İranın kəşfiyyat naziri deyib: Hərhansı dində ifratçılıq ağılsız və arzuolunmaz hərəkətlər o sıradan terrorizm ilə nəticələnir.

İRİB-in verdiyi məlumata görə, İranın kəşfiyyat naziri Seyid Mahmud Ələvi bu gün Tehranda " Asiyanın qərbində terrorizm, ifratçılıq və regional təhlükəsizlik" adlı konfransda hərhansı dində ifratçılığın ağılsız və arzuolunmaz hərəkətlər o sıradan terrorizm ilə nəticələndiyini bildirərək deyib: Terrorizmi öyrənmək üçün onun köklərini və zəminlərini öyrənmək lazımdır. 

Ələvi deyib: Din və məzhəb öz-özlüyündə terrorizm mənşəyi deyil və Avropa və Amerikanın islamı terrorizmin mənşəyi kimi təqdim etmək cəhdləri konfranslarda araşdırılmalıdır. 

İranın kəşfiyyat naziri İŞİD kimi terrorçu cərəyanların ölümcül zərbə aldığını xatırladaraq deyib: Bu gün İŞİD-in hakimiyyəti yoxdur amma o mövcuddur və Əfqanıstanda, Pakistanda və Orta Asiyada dırnaqarası islami xəlafəti bərpa etmək ideasının reallaşdırılması üçün ərazi ələ keçirmək ardıncadır. 

İranın kəşfiyyat naziri müsəlmanlara qarşı müstəmləkəçilik, işğalçılıq və təhqirin ifratçılığa zəmin yaratdığını bildirərək deyib: Səudiyyə Ərəbistanında vəhabiliyin əsəbiliyi ifratçılığın digər amillərindən biridir, onlar islami firqələri təkfir edir və müsəlmanların qətlini mübah hesab edirlər.  

Teqlər