Dek 13, 2017 10:34 Asia/Baku
  • Vilayəti: Vaşinqton İraq və Suriyada yeni xaos yaratmaq istəyir
    Vilayəti: Vaşinqton İraq və Suriyada yeni xaos yaratmaq istəyir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Amerikanın zorakılıq və hegemonçuluq xüsusiyyətinə malik olduğunu və dünyaya ağalıq etmək istədiyini deyərək, Vaşinqtonun Suriya və İraqda yeni xaos yaratmağa çalışdığını deyib.

Əli Əkbər Vilayəti çərşənbə axşamı Təsnim xəbər agentliyinə verdiyi müsahibədə ABŞ-ın regionu xaosa sürükləmək üzrə əsas vasitələrini itirdiyinə işarə edərək, deyib: ABŞ-ın Asiyanın qərbində iştiraka malik olması üçün hansısa səbəb yoxdur və Amerika regionu tərk emtəlidir. 

İnqilab Rəhbərinin müşaviri əlavə edib: Suriya xalqı və hökuməti habelə, müqavimət cəbhəsi Amerikanı Suriyada işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur edəcək.

Əli Əkbər Vilayəti ABŞ prezidentinin bu ölkə səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarına və Qüds şəhərini İsrail rejiminin paytaxtı olaraq tanımasına gəlincə isə deyib: Trampın rəftarı İslam Dünyasının dini etiqadlarına olan həssaslığını qıcıqlandırmaq və müsəlmanları təhrik etmək məqsədi daşıyır. 

ABŞ prezidenti Donald Tramp 6 dekabrda Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıyıb və bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib. 

İnqilab Rəhbərinin müşaviri həmçinin deyib: ABŞ bilməlidir ki, bundan sonra müsəlmanlar xüsusilə də fələstinlilər və onları dəstəkləyənlər sionistlər və müttəfiqlərinin regionda öz məqsədlərinə asanlıqla çatmalarına icazə verməyəcəklər. 

Teqlər