Dek 13, 2017 13:56 Asia/Baku
  • Nüvə Anlaşması Komissiyasının 10-cu iclası işə başlayıb

İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasının icra prosesinə nəzarət üzrə birgə komissiyanın 10-cu iclası İran və altılıq ölkələrinin nümayəndələrinin iştirakı ilə Vyanada, Koburq otelində işə başlayıb.

İran İslam Respublikası xarici işlər nazirinin müavini Abbas İraqçı Vyana iclasında nüvə məsələləri və İranın öhdəlikləri, iki tərəf arasındakı əməkdaşlıqlar, sanksiyaların ləğv edilməsi və problemlərin aradan qaldırılması kimi mövzuların araşdırılacağını deyib.

Nüvə anlaşmasının icrasına nəzarət üzrə müştərək komissiyanın iclasları hər 3 ayda bir nazir müavinləri səviyyəsində keçirilir.

Komissiyanın 9-cu iclası 19 sentyabr 2017-ci il tarixində Nyu-Yorkda BMT-nin baş qərargahında keçirilib.

İran və 5+1 qrupu arasında əldə edilən nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə minib. ABŞ hökuməti bu anlaşmanı imzalayan ölkələrdən biri olaraq davamlı olaraq öz öhdəliklərinə əməl etməkdən çəkinir.

Teqlər