Dek 13, 2017 17:39 Asia/Baku
  • Zərif: Yəməndə müharibə kabusuna son qoymaq hamının borcudur

İran İslam Respublikasının xarici işlər naziri Ərəbistanın Yəmənə hücumlarının davam etməsinə işarə edərək, deyib: Yəməndə müharibə kabusuna son qoymaq bütün ölkələrin ortaq vəzifəsidir.

Məhəmməd Cavad Zərif çərşənbə günü öz şəxsi Tvitter səhifəsində yazıb: İran İslam Respublikası Yəmən böhranı üçün heç bir hərbi həll yolunun olmadığı düşüncəsini müsbət qarşılayır.

Zərif əlavə edib: İran Yəməndə təcili atəşkəsin bərqərar edilməsinə nail olmaq, Yəmənə humanitar yardımlar göndərmək və Yəmən-Yəmən müzakirələri üçün yardıma hazırdır.

Ərəbistan ABŞ-ın yaşıl işığı və Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və bir sıra digər ölkə ilə birlikdə 2015-ciilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlaıb.

Ərəbistan qırıcıları davamlı olaraq Yəməni bomblayır. İndiyə kimi bu bombardmanlar nəticəsində minlərlə insan ölüb və yaralanıb, milyonlarla nəfər didərgin düşüb. Ərəbistanın Yəməni mühsirədə saxlaması isə bu ölkənin aclıq böhranı ilə üzləşməsinə səbəb olub. Vəba və digər yolxucu xəstəliklərin sürətlə yayıldığı yəməndə insanlar həyatda qalmaq üçün çox az şansa malikdirlər. Belə ki, BMT-nin bildirdiyinə görə, Yəməndə hər 10 dəqiqədə bir uşaq aclıqdan və xəstəlikdən  həyatını itirir.