Dek 22, 2017 14:58 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: İrandan Yəmənə raket göndərilməsinə dair sübut yoxdur
    Tehranın müvəqqəti imam cüməsi: İrandan Yəmənə raket göndərilməsinə dair sübut yoxdur

Tehranın müvəqqəti imam cüməsi İran İslam Respublikasının Yəmənə raket yardımları ilə bağlı ABŞ-ın iddiasını əsassız adlandırıb.

Ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində deyib: Mütəxəssislərin dediklərinə görə, Yəməndə raket istehsal edilməsi İranın işi olmayıb. Və İrandan Yəmənə raket göndərilməsinə dair də hansısa fakt  yoxdur.

Tehranın müvəqqəti imam cüməsi əlavə edib: ABŞ Ali-Səuda milyardlarla dollar dəyərində silah satır. Bununla da regionda müharibənin davamlı olmasını,  Yəmənin intensiv şəkildə bombardman edilməsini istəyir. Amma, heç bir ölkə buna etiraz etmir.

Ayətullah İmami Kaşani həmçinin deyib: ABŞ prezidenti Donald Trampın İrana qarşı hərəkətlərdə məqsədi bu ölkənin regiondakı uğursuzluqlarını ört-basdır etməkdir.

Tehranın müvəqqəti imam cüməsi daha sonra Trampın ABŞ xalqını zəlil və rüsvay etdiyini deyərək, bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarının icrasının mümkün olmadığını bildirib.

Teqlər