Dek 26, 2017 14:53 Asia/Baku
  • Vilayəti: Fələstin islam dünyasının birinci məsələsidir
    Vilayəti: Fələstin islam dünyasının birinci məsələsidir

İslam inqilabının böyük rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Fələstin islam dünyasının birinci məsələsi olaraq qalır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İslam inqilabının böyük rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bu gün bir mətbuat konfransında deyib: Amerikanın Qüdsü sionist rejimin paytaxtı tanıması və Amerika səfirliyinin Beytül-Müqəddəsə köçürülkməsinə təlimat verməsi göstərdi ki, bütün dünya xüsusiylə müsəlmanlar bu mövzuya həssasdırlar. 

İslam inqilabının böyük rəbhərinin müşaviri deyib: Dünyanın müxtəlif ölkələrinin BMT baş assambleyasında Amerikanın qərarına qarşı səs verməsi beynəlxalq ictimaiyyətin ümumi fikrinin dərrakəsini göstərir və Amerikanın hədə-qorxuları yaxud şirnikləndirən vədlərinə rəğmən ona qarşı səs verdilər. 

Ümumdünya islami oyanış assambleyasının baş katibi deyib: BMT TŞ-də Amerikanın İsrailin paytaxtının dəyişməsi qərarına bir müvafiq səs belə verilmədi və bu amerikanların özlərində tənqidlərə səbəb oldu və Amerikanın BMT-dəki nüfuzunu azaltdı. 

Trampın və ABŞ-ın BMT-dəki nümayəndələrinin hədə-qorxularına rəğmən dekabrın 21-də BMT Baş Assambleyasında Qüdsün statusunun dəyişməsinə qarşı olan və fələstinlilərin Qüdsdəki hüquqlarını rəsmən tanıyan qətnamə 128 ölkənin müsbət səsi ilə qəbul edildi.  

Teqlər