Dek 29, 2017 14:48 Asia/Baku
  • Tehranın müvəqqəti imamcüməsi ABŞ prezidentinin hərəkəti haqda xəbərdarlıq edib
    Tehranın müvəqqəti imamcüməsi ABŞ prezidentinin hərəkəti haqda xəbərdarlıq edib

Tehranın müvəqqəti imamcüməsi deyib: Amerika prezidentinin Qüds barədəki qərarı və onu sionist rejimin paytaxtı kimi təqdim etməsi Amerikanın məhvi ilə nəticələnəcək.

Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın cümə namazı xütbələrində Amerika prezidenti Donald Trampın Beytulmuqəddəsi sionist rejimin paytaxtı elan etmək üzrə hərəkətinə toxunaraq, deyib: Tramp süqut etməkdədir və onun Qüdsə qarşı hərəkəti müttəfiqləri tərəfindən tənqid olunmaqdan əlavə, BMT-nin də etirazına səbəb olubdur.

Tehranın müvəqqəti imamcüməsi həmçinin ABŞ-ın keçmiş başçılarının Yaxın Şərqdəki 7 trilyon dollarlıq xərclərinə işarə edərək, söyləyib: Amerika bu xərclərlə İslama, bəşəriyyətə, İrana və dünya azadlıqsevərlərinə zərbə vurmaq ardınca idi, amma sonda məğlub oldu.

Ayətullah Movəhhedi Kermani Ərəbistanın Yəməndəki cinayətlərini tənqid edərək, yəmənlilərin faciəli şəraitinə toxunub və belə deyib: Səudiyyə Ərəbistanı müsəlmanlıq iddiası ilə çıxış edərək, Yəməndə qan hamamı törədir. Ali-Səud rejimi qan axıdılması və insan qırğınını dayandırmalıdır. 

O, 9 dey qəhrəmanlığına və fitnəkarların həmin ildəki hərəkətlərinə toxunaraq, deyib: Allah və xalq fitnəkarlardan keçməyəcəklər.

1388-ci günəş ili dey ayının doqquzu, 2009-cu il dekabrın 30-u, İran xalqının, cəmiyyətin quruluşunu pozanları rədd etdiyini və İranda onuncu prezident seçkilərində saxtakarlığın olması bəhanəsilə yanlış yol seçmiş fitnəkar ünsürlərə qətiyyətli cavabını bildirmək üzrə milyonluq yürüşünü xatırladır.

Teqlər