Dek 31, 2017 16:40 Asia/Baku
  • İranın kimyəvi məhsullarının ixracatı 14 faiz artıb
    İranın kimyəvi məhsullarının ixracatı 14 faiz artıb

İran Ticarətin İnkişafı Təşkilatının Sənaye və Mədən Məhsullarının İxracatının Genişləndirilməsi şöbəsinin müdiri deyib ki, ötən səkkiz ay ərzində İranın başlıca kimyəvi məhsullarının ixracatı 14 faizlik artıma malik olubdur.

Məsud Kəmali Ərdəkani bu gün İranın kimyəvi məhsullarının başlıca ixracatını polimer, bəzək və rezin məhsulları adlandırıb və belə əlavə edib: İranın kimyəvi məhsullarının ixracat dəyəri təqribən 805 milyon dollar olubdur ki, bu ixracatın maksimum payı polimer məhsullarına və yuyucu məhsullara aid olur.

Teqlər