Dek 31, 2017 16:41 Asia/Baku
  • İran xalqı milli təhlükəsizliyi ABŞ-ın hiyləgər siyasətindən üstün tutur
    İran xalqı milli təhlükəsizliyi ABŞ-ın hiyləgər siyasətindən üstün tutur

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: İran xalqı islami quruluşun dini demokratiyası və milli təhlükəsizliyini Ağ Evin terrorçu və hiyləgər siyasətindən üstün tutur.

Hoseyn Əmir Əbdollahiyan özünün twitter-dəki şəxsi səhifəsində yazıb: Amerika prezidenti Donald Tramp həyəcanlanmasın, zira iğtişaşçıların hesabı xalqın məişət tələblərinin izlənilməsindən ayrıdır.

İranın bəzi şəhərlərində maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətinin müəyyən olunmamasına, bəzi məhsulların bahalığına və dövlətin nəzarət zəifliyinə etiraz olaraq keçirilən xalq toplantılarının ardınca Amerika digər ölkələri İranın daxili işlərinə qarışmağa çağırıb.

Teqlər